Bu gün Türkiyənin ən böyük müxalifət partiyasının “Cumhuriyyət Halk Partisi”-nin üzvləri, millət vəkilləri Ülker Tarhan, Nur Serter və Süheyl Batum mətbuat konfransı keçiriblər.
Teleqraf.com xəbər verir ki, mətbuata açıqlamalarında CHP üzvləri seçkilər zamanı partiyanın strategiyasını analiz edərək bildiriblər ki, CHP başqanı Kemal Kılıcdaroğlu istefa verməlidir:
“Partiyanın siyasi yönünü dəyişərək başqalarına bənzəməsi qəbuledilməzdir və bu məsələdə partiyanın başında duran Kılıcdaroğlu məsuliyyət daşıyır. Ya partiya yenidən dəyişək öz yolunu tutacaq ya da məhv olacaq. Ona görə də biz Kilicdaroğlunun istefasını tələb edirik. Biz sakitləşdirici istəmirik, bizə partiyamızı qalib edəcək adam lazımdır. Qurultay keçirilməsini və hər bir üzvümüzün partiyamızın gələcəyinə sahib çıxmasını tələb edirik” - deyə millət vəkilləri bildiriblər.
Ülviyyə