16 May 2018 08:56
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA Mars missiyası çərçivəsində qırmızı planetə kəşfiyyat helikopteri göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

Xəbərə görə, missiya 2020-ci ildə həyata keçiriləcək. Eksperimental pilotsuz dron başqa planetin atmosferində uçan ilk aparat olacaq.

Alimlərin sözlərinə görə, Marsın atmosferi çox seyrək olduğundan qaldırıcı qüvvə üçün dronun pərləri dəqiqədə üç min dəfə fırlanmalı olacaq. Bu, drona planetin səthində geoloji kəşfiyyat işləri aparmağa, həyat əlamətləri axtarmağa və gələcəkdə ora gedəcək astronomlar üçün potensial təhlükələrin aşkarlanmasına imkan verəcək.


Müəllif: Ruslan