16 May 2018 00:22
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Pxenyan Cənubi Koreya ilə aparılan yüksək səviyyəli danışıqları təxirə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Penxap" agentliyi məlumat yayıb.

KXDR Seulun ABŞ ordusu ilə birgə hərbi təlimlər keçirməsinə etiraz olaraq bu qərarı qəbul edib.

Rəsmi Pxenyan eyni zamanda ABŞ ilə keçirilməsi nəzərdə tutulan sammiti təxirə salmağı gözdən keçirir.

Qeyd edək ki, ABŞ ilə Cənubi Koreya arasında "Max Thunder" hərbi təlimləri bir ay öncədən razılaşdırılıb.

Təlimlərdə təxminən iki minlik hərbi personal iştirak edəcək.


Müəllif: Teleqraf.com