16 May 2018 14:10
3 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet dövründə istehsala başlayan Su-27 qırıcısı Rusiyanın ən yaxşı döyüş təyyarəsi seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The National Interest” nəşri yazıb.

Məqalənin müəllifi Sebastyan Roblin qırıcının Rusiya ilə bərabər Çin və Hindistanın da hərbi hava qüvvələrində istifadə olunduğunu bildirib: “Dördüncü nəsil reaktiv təyyarə olan “Flanker” (Su-27-nin NATO adı-red.) Rusiyanın son 40 ildə ən yaxşı döyüş qırıcısıdır”.

Su-27 ABŞ-ın “McDonell Douglas” F-15 Eagle qırıcısının analoqu kimi 1985-cı ildə yaradılıb.

Ekspert xatırladıb ki, Sovet İttifaqı dağıldıqdan sonra müflis olmuş Rusiya Su-27-ni Çinə ərzaq müqabilində satıb.


Müəllif: Ruslan