16 May 2018 15:51
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda hökumət qüvvələrinin Taliban terror qruplaşması ilə apardığı döyüşlərdə 22 hərbçi ölüb, daha 5-i isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Toqquşmalar ötən gün axşamdan başlayıb. Terrorçular eyni vaxtda 2 rayona hücum ediblər.

Bundan əvvəl isə 2 min talib döyüşçüsü Qanzi əyalətinə hücuma keçib.

Əyalət qubernatorluğunun yaydığı açıqlamada 300 terrorçunun, 25 hərbçinin öldüyü bildirilir.


Müəllif: Ruslan