17 May 2018 10:57
2 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib. Komitə hesab edir ki, Rusiya Donald Trampın prezident seçilməsi üçün müdaxilə cəhdlərini bir neçə istiqamətdə həyata keçirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Senatın Kəşfiyyat Komitəsi Rusiya ətrafında gedən istintaqla bağlı yazılı bəyanat yayıb.

Komitə rəhbəri Riçard Börr bildirib ki, Rusiya 2016-cı il seçkilərinə ağılsığmaz metodlarla müdaxilələr edib.

Senatın sözlərinə görə, Donald Trampın Rusiyanın müdaxiləsi ilə prezident seçilməsi faktlarla isbat edilib.

O, istintaqla bağlı yekun qərarın avqust ayında açıqlanacağını diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu