17 May 2018 13:12
3 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailli casuslar Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etmək üçün Türkiyədədir.

Teleqraf.com xəbər verir ki, bu iddia ABŞ-ın “Veteranstoday” saytında yer alıb.

Portalın rəhbəri Qordon Duff öz yazısında, Türkiyənin İsrail səfirini ölkədən göndərməsiylə uzun müddətdir gərginləşən münasibətlərin yeni bir mərhələyə keçdiyini bildirib. O, Ərdoğanın yanında yalnız Böyük Britaniyanın olduğunu söyləyib.

Bundan əlavə məqalədə Ərdoğan və Putin arasında münasibətlərin yaxşılaşdığı vurğulanıb. Müəllif yazıda ABŞ-ın Türkiyə ilə bir “küçə fahişəsi” kimi davrandığı və 15 iyul dövlət çevrilişi cəhdinin arxasında Vaşinqtonun dayandığına heç bir şübhə olmadığını qeyd edib.

Qordon Duff ABŞ-ın Ərdoğanı aradan götürmədən İrana hücum etməyəcəyinə bildirib.


Müəllif: Ruslan