Hindistandanın cənubunda bərə qəzaya uğrayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Andrha Paradeş ştatının rəhbərliyi qəza zamanı bərədə 44 nəfərin olduğunu açıqlayıb.
Sərnişinlərdən 22-nin üzərək sahilə çıxa bildiyi, 10-nun isə itkin düşdüyü bildirilib. Daha 12 nəfərin isə cəsədi aşkarlanıb.
Qeyd edək ki, ötən ilin noyabrda eyni ştatda baş verən bərə qəzasında 19 nəfər həyatını itirmişdi.