18 May 2018 01:06
4 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 gündür görünməyən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ilə bağlı müdhiş iddia irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, İranın "Keyhan" qəzetinin yazdıqlarına görə, şahzadə ötən ay ölkədə baş vermiş çevriliş cəhdi zamanı öldürülüb.

Səudiyyədəki etibarlı mənbələrdən informasiya aldıqlarını yazan qəzet 21 apreldə kral sarayında baş vermiş çevriliş cəhdi zamanı şahzadənin öldürüldüyünü iddia edib.

Qeyd edək ki, aprelin 21-də kralın ər-Riyaddakı sarayında güllə səsləri eşidirlib.

İddia olunur ki, hərbçilərdən biri saraya daxil olaraq kral və şahzadəyə atəş açıb. 33 yaşlı şahzadə həmin gündən sonra görünməyib.


Müəllif: Ayxan