18 May 2018 11:15
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin elm naziri Ofir Akunis ölkə parlamentinə (Knesset) müraciət edərək qondarma erməni soyqırımını tanınmasını tələb edib.

Teleqraf.com “The Times of Israel”ə istinadls xəbər verir ki, nazir Türkiyənin təcrid edilməsinin İsrail maraqlarına uyğun olduğunu diqqətə çatdırıb:

“Türkiyə dünyadan təcrid edilməklə yanaşı, Rəcəb Tayyib Ərdoğan nasist elan edilməlidir. Türkiyə prezidenti İsrailə nifrət edən nasistdir. Buna görə də indiki məqamda “erməni soyqırımı”nın tanınması maraqlarımıza uyğun ola bilər”.

Qeyd edək ki, Ofir Akunis son 1 həftədə qondarma soyqırım üçün İsrail parlamentinə müraciət edən üçüncü nazirdir.


Müəllif: Mənsur Rəğbətoğlu