27 Aprel 2014 17:57
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiyanın izolyasiyasının düzgün seçim olmadığını bildirib.

Aktual.az xəbər verir ki, bu barədə dövlət başçısı Praqa səfərində “Associated Press”-in suallarını cavablandırarkən belə deyib.

Qeyd edək ki, 2008-ci ildə Rusiyanın işğalına məruz qalan ölkənin birinci şəxsinin bu cür bəyanatları jurnalistləri təəccübləndirib.

Marqvelaşvilinin qənaətinə görə, Rusiyanın dünya birliyindən təcrid edilməsi bu ölkəni daha da aqressiv edir. O, əlavə edib ki, bunun əvəzinə diplomatlar Kremlə qonşularına və dünyanın başqa ölkələrinə hərbi müdaxilə etməmək anlayışını aşılamalıdı.


Müəllif: