13 Avqust 2014 12:56
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraqdakı regional kürd rəhbərliyinin peşmərgələri Mosulda İraq İslam Şam Dövlətinin (İŞİD) 3 qərargahını ələ keçirib.


Mahmur xəttini qoruyan peşmərgələrin komandiri Şirvan Bərzani Mosulun Güver qəsəbəsindən İŞİD qüvvələrinin uzaqlaşdırıldığını açıqlayıb.

“Qaraçuh təpələrinin qərbində yerləşən İŞİD-in 3 qərargahını ələ keçirdik”, - deyə Bərzani bildirib.

Digər tərəfdən Süleymaniyyə şəhərinin Nəqşibəndi polis məntəqəsinin ətrafında peşmərgələrlə İŞİD arasında baş verən döyüşlərdə 6 terrorçu məhv edilib./axar/


Müəllif:

Oxşar xəbərlər