Pentaqon İraqın şimalına yaranmış böhranla bağlı sözügedən əraziyə canlı qüvvə yeridir
Pentaqondan verilən açıqlamada canlı qüvvələrdən əlavə humanitar yardım ediləcəyi də bildirilib.
ABŞ Müdafiə naziri Çak Heygel əsgərlər önündə etdiyi çıxışda bildirib ki, bu addım bir növ quru əməliyyatları çərçivəsində əsgərlərin yerləşdirilməsi və humanitar yardımların ünvana çatdırılması məqsədi daşıyır.
ABŞ-ın İraqda 8 il müharibə apardığını deyən Pentaqon rəhbəri bu ölkəyə təkrar müharibə üçün dönmədiklərini bildirib.
Qeyd edək ki, göndəriləcək 130 hərbçidən əlavə Bağdadda 90, Ərbildə 160 ABŞ hərbçisi xidmət edir.
Bundan başqa ABŞ-ın Bağdaddakı səfirliyində 455 təhlükəsizlik xidməti və 100-ə yaxın hərbi personal var.
/axar.az/