1 İyun 2018 00:54
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyadakı bütün tərəflər ABŞ ordusu və müttəfiqlərə hücumun pis siyasət olacağını anlamalıdır".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Vayt bildirib.

Vayt qeyd edib ki, ABŞ-ın əsas məqsədi Suriyada İŞİDi məğlub etməkdir: "Daxili savaşa girmək məqsədimiz yoxur. Amma Suriyadakı duruma görə məsuliyyət daşıyan Rusiya və İrana çağırış edirik. Hər iki ölkə Suriya ilə bağlı məsuliyyətli olmalıdırlar. Əsəd rejimi onların dəstəyi sayəsində hakimiyyətdədir".

Vayt Türkiyə ilə ABŞ arasında Menbiç məsələsində əkldə olunan razılıq barədə də danışıb. Qeyd edib ki, Menbiç məsələsi gündəmdədir. ABŞ əsgərlərinə və müttəfiqlərə ediləcək hər bir hücuma cavab verəcəyik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər