1 İyun 2018 11:42
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh üzrə Nobel mükafatına namizədliyi irəli sürüləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu təşəbbüs Ermənistanda akkreditə olunmuş bir neçə xarici səfirlərə məxsusdur.

Onların sözlərinə görə, Paşinyan Ermənistana ictimai sabitlik gətirməklə yanaşı, həm də regionda sülhün və tolerantlığın yaradılmasının təşəbbüskarı ola bilər.

Nobel sülh mükafatı 1901-ci ildə təsis edilib. Hazırda ictimai-siyasi və humanitar fəaliyyət sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır.


Müəllif: Ruslan

Oxşar xəbərlər