1 İyun 2018 19:13
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Georgi Marqvelaşvili keçən il öldürülmüş yeniyetmənin atası ilə görüş üçün parlament binasının qarşısına gəlib.

Teleqraf.com Gürcüstan mediasına istinadla xəbər verir ki, ölkə başçısı ötən il qətlə yetirilmiş yeniyetmənin atası Zaza Saralidzeni qucaqlayaraq başsağlığı verib.

Georgi Marqvelaşvili daha sonra Zaza Saralidzeni parlament binası qarşısında qurulmuş çadıra dəvət edərək söhbət edib.

Xatırladaq ki, dünənki aksiyada Zaza Saralidze dövlət başçısını aksiyaya qoşulmağa çağırmışdı. Etiraz aksiyasının bu gün saat 16:00-da davam edəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri - 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi isə təqsirləndirilən şəxsləri qismən günahkar hesab edib.

Gürcüstan parlamentinin binası qarşısına toplaşan aksiya iştirakçıları məktəblilərin qatillərinin cəzalandırılmasını tələb edirlər.


Müəllif: Nərgiz

Oxşar xəbərlər