13 Avqust 2014 16:37
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər kar və qulaqsız doğulan oğlan uşağına 9 yaşında qabırğasının pərdəsindən istifadə edərək yeni qulaq tikiblər.

Bu anomal vəziyyət mikrotiya kimi tanınır. Əməliyyat Londonda yerləşən Qreut Ormond klinikasında baş tutub. Bundan öncə həkimlər eşitmə aparatını inplantasiya edərək oğlanın eşitmə qabiliyyəti veriblər. Uşaq üçün maket olaraq isə anasının qulağının formasından istifadə edilib.

Cərrahlar bildirilər ki, gələcəkdə bu cərrahiyyə növü daha da çox tanınacaq və dəyişikliklər olacaq. Londonda yerləşən uşaq sağlamlıq mərkəzinin bir hissəsi posientlərinin piyli parçasından gövdə qəfəsləri yaradır. Nəticədə isə bu qəfəsi sümüyə çevirmək olar. Bu yolla həkimlər ehtiyacı olan uşaqlara daha tez kömək edə bilirlər.

/anspress/


Müəllif: