1 İyun 2018 20:47
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Avropa İttifaqından idxal edilən alüminium və polad məhsullarına əlavə gömrük vergisi tətbiq olunması qərarına Brüssel cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunun Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini mətbuat konfransında bildirib.

“Avropa İttifaqı öz maraqlarını müdafiə etməlidir. Bu gün artıq Aİ mübahisənin həlli üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Sonra isə ABŞ-dan idxala müəyyən əlavə rüsumlar tətbiq ediləcək. Bu ABŞ-ın bizim ən yaxın tərəfdaş, dost və müttəfiqimizin olmadığı demək deyil. Biz ABŞ-la təhlükəsizlikdən beynəlxalq siyasətə qədər bir çox məsələlər üzrə sıx əməkdaşlıq edirik və bu, davam edəcək. Lakin Aİ öz maraqlarını qorumalıdır. Aİ haqlı, mütənasib və ÜTT qaydalarına uyğun addımlar atacaq”.


Müəllif: Ruslan

Oxşar xəbərlər