1 İyun 2018 22:56
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyaya səfərini işıqlandıran "Rossia Today" (RT) qəzetinin müxbiri İlya Petrenkov bu ölkə ilə bağlı gördüklərini, təəssüratını qələmə alıb.

Nazirlə birlikdə prezident Kim Çen İnin sarayında olan müxbir ötən çərşənbə günü gerçəkləşən Lavrov-Kim Çen İn görüşündən öncə jurnalistlərin üst-başlarının axtarıldığını və bütün elektron qurğuların götürüldüyünü bildirib.

"Daha sonra biz pols maşını ilə Pxenyana gətirildik. Hara getdiyimizi bizə demirdilər. Get-gedə yolda insanların sayı azalırdı. Sona yaxın bütün yollar bom-boş idi. Polislər belə gözə dəymirdilər. Avtobusdan düşəndə Kimin atasının nəhəng heykəlinə rast gəldik. Bizi Kim Çen İnın lüks sarayına - "Yüz bağçalı imarət"ə apardılar. Bizi burada Kim Çen İnin böyük bacısı Kim Yo-İnn qarşıladı. Onu ingiliscə salamladım. O da mənə "xoş gördük" dedi. Kimin bacısı sarayın əsas fiqurlarından sayılır. O, müxtəlif beynəlxalq tədbirlərə qatılır, xarici dövlətlərin nümayəndələrilə təmaslar qurur. Görüşboyu bacısı Kim Çen İndən uzaq durmadı və tez-tez onunla danışır, məsləhətlər verirdi", deyə reportajda qeyd olunur.

İlya Petrenkov yazır ki, Lavrov Kim Çenə rus çantası hədiyyə edib və hədiyyəni təqdim edərkən zarafatla "sirlərinizi saxlamaq üçün" ifadəsini işlədib: "Bizi gəldiyimiz yolla geri qaytardılar. Telefonlarımızı verib hava limanında təyyarə ilə ölkəmizə yol saldılar. Etirazımız yoxdur. Şimali Koreyada yerli jurnalistlər bizim olduğumuz saraya buraxılmırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər