Ağ ev Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirmək üçün ilkin danışıqlara başlayıb.
Bu barədə mənbələrə istinadən "The Wall Street Journal" nəşri məlmat yayıb.
"Putin və Tramp arasında rəsmi görüşün təşkili səfir Hantsmanın hazırkı layihəsidir, layihə bir neçə aydır davam edir", — deyə qəzetin mənbələrindən biri bildirib.
Qeyd olunur ki, görüşün təşkili planları hələ ki, ən erkən mərhələdədir.
Tramp hələ martın 20-də Putin ilə telefon söhbəti zamanı Vaşinqtonda görüş keçirməyi təklif etmişdi.