2 İyun 2018 13:10
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu beşinci nəsil F-35 qırıcı-bombardımançı təyyarələrin Türkiyəyə çatdırılmasına dair öhdəlikləri yerinə yetirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan deyib:

“Biz ABŞ-ın strateji tərəfdaşımız olduğunu deyirik. Ancaq strateji tərəfdaşımız bizi başqa qapıları döyməyə məcbur etməməlidir. Bizi Senatın nə dediyi maraqlandırmır. Bizi ancaq bir məsələ – F-35-lərin çatdırılması maraqlandırır”.

Türkiyə Prezidenti bu məsələni ABŞ Prezidenti ilə müzakirə etdiklərini vurğulayıb: “Bu məsələ nümayəndə heyətlərinin görüşündə də müzakirə olunub. Əgər biz strateji tərəfdaşıqsa, ABŞ bu məsələdə hər hansı hüquqi səhvə yol verməməlidir”.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə Rusiyadan iki ədəd S-400 zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. ABŞ və NATO nümayəndələri bu anlaşmanı birmənalı şəkildə tənqid ediblər. Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Uess Mitçell müqavilənin F-35-lərin Türkiyəyə çatdırılmasına neqativ təsir göstərəcəyini vurğulayıb.

Bir qrup amerikalı senator isə F-35-lərin Türkiyəyə çatdırılmasına əngəl yaradan qanun layihəsi hazırlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər