Türkiyə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford arasında telefon danışığı olub.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.
ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder deyib ki, generallar İŞİD-in birdəfəlik məğlubiyyəti daxil olmaqla Suriya mövzusunda danışıqları davam etdiriblər.
Onun sözlərinə görə, Türkiyə və ABŞ NATO-nun kilid üzvləridir və iki ölkə arasında hərbi əlaqələr güclüdür.