Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə müraciət edib.
Teleqraf.com xəbər verir ki, nazir müraciətində Ermənistan və Aİ arasında imzalanmış assosasiya sazişinin təsdiq edilməsini istəyib.
O, sazişin iyunun 1-də Ermənistanda qüvvəyə mindiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 2016-cı ildə Ermənistan və Avropa İttifaqı arasında imzalanmış saziş indiyədək yalnız 3 ölkə tərəfindən təsdiqlənib.