İran məktəblərinin birində keçirilən mərasimdə şagirdlərin ABŞ və İsrail bayraqlarına qarşı olmadıqları məlum olub.
Teleqraf.com xəbər verir ki, “Youtube”də yayılan videoda məktəbin giriş qapısının önündə ABŞ və İsrail bayraqlarının rəsminin yerə çəkildiyi görünür.
Bu, şagirdlərin məktəbə daxil olarkən bayraq rəsmini tapdamaları üçün edilib. Mərasimin başlanğıcında iki şagirdin xarici ölkələrin bayrağına hörmət etdiyi görünür. Şagirdlərdən biri ABŞ və İsrail bayraqlarının rəsmini tapdamamaq üçün ayaqlarını atdığı yerə xüsusi diqqət yetirir. Digər şagird isə həmin yerə ayaq basmamaq üçün əlillər üçün nəzərdə tutulan keçiddən istifadə etməli olur. Həmin şagirdlərin azərbaycanlı olduğu bildirilir.
Qeyd edək ki, İranda keçirilən əksər mərasimlərdə ABŞ və İsrailin bayraqları müxtəlif şəkildə aşağılanır. Lakin bir sıra vətəndaşlar imkan daxilində bu əməldən çəkinirlər.