ABŞ-ın müdafiə naziri Ceyms Mettis yaxın vaxtlarda Çinə rəsmi səfər edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Pentaqon rəhbəri bu açıqlama ilə Sinqapurda olarkən çıxış edib:
“Mən Çinə gələcək dialoqun inkişafı üçün gedəcəm. Çin hakimiyyəti məni bu ayın axırında öz ölkəsinə dəvət edib”.
Ceyms Mettis daha sonra bu ölkəni Cənubi Çin dənizində beynəlxalq normaları pozmaqda ittiham edib.
Bununla belə, Çinin bu regionda aparıcı rol oynamaq hüququnu tanıdıqlarını bildirib, ancaq rəsmi Pekinin bütün ölkələrin suveren hüquqlarına hörmət etməli olduğunu da vurğulayıb.