Suriya hökuməti Xalq Özünüidarə Qüvvələri dəstəsindən olan kürdlərlə neftin yanacağa dəyişdirilməsi barədə razılığa gəlib.
Teleqraf.com-uun TASS-a istinadən xəbərinə görə, kürdlər Dəməşqə Əl-Ömərdə çıxardıqları neftdən 100 barrel verəcəklər. Əvəzində isə onlar 75 barrel yanacaq alacaqlar. Kürdlərin 15 min barrel neft çıxardıqları bildirilir.