Ukrayna Təhlükəsizlik Xidmətinin jurnalistləri "verbovka" etməsi bu ölkənin xüsusi xidmət orqanlarının planlı və sistemli işidir. Onlar buna çirkin üsullarla nail olmaq istəyirlər.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Yevgeni Revenko deyib.
Qeyd edək ki, rusiyalı jurnalist İrina Vısokoviç məhkəmə prosesini işıqlandırmaq üçün Ukraynanın Xerson şəhərinə səfəri zamanı Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanıldığını bildirib. O, Ukrayna təhlükəsizlik sistemi işçilərinin onu ələ almaq istədiklərini vurğulayıb.