3 İyun 2018 12:25
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya lideri Bəşər Əsəd Korey Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İnlə görüşmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə KXDR-ın mərkəzi partiyasının qəzeti “Nodon sinmun” məlumat yayıb.

Bəşər Əsəd mayın 30-da Şimali Koreyanın səfiri ilə görüşdə bu barədə istəyini dilə gətirib.

Nəşr vurğulayır ki, Suriya prezidenti Koreyanın birləşməsinin baş tutacağına əmin olduğunu bildirib.

“Suriya hökuməti Şimali Koreya hakimiyyətinin siyasətini və tədbirlərini tam şəkildə dəstəkləməkdə davam edəcək”.


Müəllif: Ruslan

Oxşar xəbərlər