3 İyun 2018 23:29
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiya nəhəngi Quql ABŞ Müdafiə Nazirliyi ilə birgə işlədiyi hərbi süni intellekt layihəsini davam etdirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, Quql rəsmisi Diana Grene 2019-ilin sonunda bitməsi gözlənilən layihənin müddətinin daha 18 ay uzadıldığını deyib.

“Maven” adlı hərbi süni intellekt layihəsi 8 milyon 6 min dollar həcmində olduğu deyilir. Layihə çərçivəsində istifadə olunan alqoritmlər sayəsində dronlar vasitəsilə çəkilən şəkillərdə avtomatik olaraq insanların kimliyi müəyyən olunacaq.

Qeyd edək ki, Quqlda işləyən insanlar əvvəllər bu layihəyə qarşı çıxış edərək imza toplayıblar. Onlar şirkəti “silah ticarətindən” kənarda durmaya çağırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər