3 İyun 2018 17:53
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniya Prezidenti Uxuru Kenyattaya bəyan edib ki, ölkədə korrupsiya ilə mübarizə çərçivəsində satın almalar və mühasibatlıq sahəsində işləyən yüksək çinli məmurlar xüsusi testdən keçiriləcək.

Teleqraf.com xəbər verir ki, ötən həftə 100 milyon dollarlıq korrupsiya skandalı ilə silkələnən Keniyada bu kimi hallara qarşı yeni metodla mübarizə başlayır.

Dövlət başçısı bəyan edib ki, ölkədə korrupsiyaya ilə mübarizə çərçivəsində satınalma və mühasibatlıqdan cavabdeh məmurlar yalan maşını testindən keçiriləcək. Bu test sayəsində məmurların şəffaf olub-olmadığı müəyyən ediləcək.

Testə girməkdən imtina edənlər dərhal vəzifələrindən alınacaq və barələrində araşdırma aparılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər