3 İyun 2018 19:13
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada Baş nazir Mariano Rajoyun istefası katalonları yenidən müstəqillik davasına sövq edib.

Teleqraf.com xəbər verir ki, katalonların hazırkı lideri Quim Torra bölgənin gələcəyini yeni Baş nazir Pedro Sançezlə müzakirə etmək istəyir. O, artıq bununla bağlı Sançezə müraciət də ünvanlayıb.

Xatırladaq ki, ötən il oktyabrın 1-də keçirilən referendumdan sonra Kataloniya müstəqilliyini elan etmişdi. Lakin İspaniya hökuməti Kataloniya hökumətini istefaya göndərdikdən və bir neçə vəzifəli şəxs həbs etdikdən sonra, sabiq lider Karles Puçdemon Belçikaya qaçmaq məcburiyyətində qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər