3 İyun 2018 20:26
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya hökuməti Rusiya prezidenti Vladimir Putinin iyunun 5-nə planlaşdırılmış səfəri ilə əlaqədar Vyanada hava məkanını bağlayır.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmisi Mixael Bauer öz Tvitter səhifəsində yazıb.

O bildirib ki, hava və yerdə təhlükəsizliyi təmin etmək üçün on təyyarə və yeddi helikopter, kəşfiyyat radarı və 800 əsgər cəlb ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər