Kanadanın Baş naziri Justin Trudeau ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi məhdudiyyəti ölkəsinə də şamil etməsinə təpki göstərib.
Teleqraf.com xəbər verir Justin Trudeau Kanada Bələdiyyələr Federasiyasının Şurasındakı çıxışında Trampın gömrük siyasətini sərt tənqid edərək "Kanada ABŞ-ın qum torbası deyil" ifadəsini işlədib.
"Kanadanın polad sənayesinin ABŞ-ın milli təhlükəsizliyinə təhdi yaratdığını söyləmək bizə qarşı həqarətdir. Trampın məhdudiyyətləri aradan qaldırmaq üçün Kanadadan nə istədiyini hələlik bilmirəm. Amma düşünürəm ki, Amerika ilə çiyin-çiyinə vuruşan Kanadanı təhlükə adlandırmaq qəbuledilməzdir. G-7-lərin gələn həftə keçiriələcək toplantısında Trampla görüşüb ətraflı müzakirə aparacam. Mesajımız konkret olacaq. Kanada Trampın qum torbası deyil", deyə Justin Trudeau bildirib.
Qeyd edək ki, ABŞ-ın polad və alüminium idxalına məhdudiyyətlər tətbiq etməsi Qərb dövlətlərində ciddi narazılıqla qarşılanıb.