Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Yerli hökumət vətəndaşları təxliyə olunması üçün bölgəyə hərbçiləri səfərbər edib. Ancaq fəlakət zonasından çıxmaq demək olar ki, mümkün deyil.
Lava yolları dağıdıb, qatı kül təbəqəsi isə helikopterlərin və ya təyyarələrin hava qalxmasına imkan vermir.
09:51
Qvatemaladakı Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidmətin nümayəndəsi bildirib.
Bundan əvvəl 7 nəfərin öldüyü, daha 300 nəfərin isə yaralandığı deyilirdi.
“RBC Noticias” kanalı qeyd edir ki, 653 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Bu son illərdə baş verən ən güclü püskürmə hesab olunur. Tüstü və külün 10 kilometr yüksəyə qalxdığı bildirilir.
Qvatemala hökuməti artıq bir neçə yaşayış məntəqəsində həyəcan səviyyəsi elan edib. Fueqo vulkanı səbəbindən paytaxtdakı “Aurora” hava limanı bağlanıb.
Faciə 16,6 milyon sakini olan ölkənin təxminən 1,7 milyonuna təsir edib.
Qonşu Meksika Prezidenti Enrike Penya Neto Qvatemala sakinlərinə başsağlığı verib, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazır olduğunu bildirib.