Suriyanın şimalında terror təşkilatı YPG / PKK-nın nəzarətində olan Ayn İsa əyalətində ABŞ və Fransa əsgərlərinin olduğu hərbi bazada partlayış olub.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Rakkadakı yerli mənbələr partlayışın baş verdiyini təsdiqləyiblər. YPG / PKK-nın ciddi itki verdiyi bildirilir. Hadisənin silah-sursatın partlaması nəticəsində meydana gəldiyi deyilir. Məlumata görə, hadisə zamanı hərbi bazada 200 nəfərlik ABŞ hərbçiləri və 75 fransız xüsusi təyinatlısı olub.