ABŞ nümayəndə heyəti Sinqapurda keçiriləcək sammit zamanı Koreya Xalq Demokratik Respublikası tərəfinin, xüsusilə Kim Çen İnin otel xərclərinin ödənilməsi üçün variantlar axtarır.
Teleqraf.com “The Straits Times”a istinadən xəbər verir ki, bundan əlavə KXDR nümayəndə heyəti sammit üçün Pxenyandan avtomobil gətirməyi də düşünmür. Onların Kim Çen İn üçün limuzin kirayə götürəcəyi bildirilir.
ABŞ Prezident Donald Trampa gəlincə, onun “yırtıcı” adlı “Cadillac” markalı limuzini Sinqapura gətiriləcək.
KXDR müdafiə naziri N En Hen ölkəsinin sammit zamanı nümayəndə heyətinin xərclərin bir hissəsini öz üzərinə götürə biləcəyini istisna etməyib.
Qeyd edək ki, daha əvvəl Kim Çen İnin otel xərclərinin ödənilməsi ilə bağlı çətinliklər yaranmışdı.