Türkiyə bayrağı İraqın şimalında dalğalanacaq.
Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar deyib.
H.Akar bildirib ki, İraqın şimalı terrorçulardan tamamilə təmizlənəcək.
Baş Qərargah rəisi qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri üçün əsas prioritetlərdən biri PKK terror təşkilatı ilə mübarizədir.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin İraqın şimalında yeni hərbi əməliyyatlara başlaya biləcəyi bildirilirdi.