ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında ilk görüş iyunun 12-də Sinqapurda baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, görüş yerli vaxtla saat 09:00-da başlayacaq.
ABŞ tərəfi hesab edir ki, sammitin hazırlanmasında irəliləyiş müşahidə olunur.