İranda Azərbaycan dilində fəaliyyət göstərən azsaylı nəşriyyatlardan birinin sahibi həbs edilib.
Teleqraf.com xəbər verir ki, “Yeni Fikir” nəşriyyatının sahibi, Güney Azərbaycandan olan Yusif Fərzanə Tehranda həbs olunub.
Yusif Fərzanə 40 ildir türk dili, Azərbaycan tarixi və mədəniyyəti ilə əlaqədar araşdırmalar aparır, kitablar nəşr etdirir.
Onun bu yayımları İran hökumətinin icazəsi ilə həyata keçirdiyi bildirilir. Yusif Fərzanə məşğul olduğu sahə ilə bağlı 100-dən çox əsərin müəllifidir.
Həbsin səbəbləri barədə məlumat yoxdur.