5 İyun 2018 15:51
2 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur sovet xəfiyyələri haqqında çoxlu əfsanələr gəzir.

Teleqraf.com uzun illər bağlı qalan 3 sirr barəsində yazını təqdim edir:

Çantadakı nüvə silahı

1997-ci ildə KQB generalı Aleksandr Lebed müsahibələrindən birində xüsusi xidmət orqanlarının əl çantasında hər biri 1 kilotonluq olmaqla təxminən 100 portativ nüvə silahına sahib olduğunu deyib. Bundan iki gün sonra Lebed müsahibə zamanı yorğun olduğunu və sözlərinin səhv anlaşıldığını bildirib.

Ancaq fizika üzrə professor Aleksey Yablokov belə silahların mövcudluğunu təsdiqləyib. Əldə edilən məlumatlara əsasən, 70-ci illərdə KQB-nin yüksək vəzifəli şəxsləri terror əməliyyatları üçün bu cür nüvə silahlarının hazırlanmasını sifariş verib. Üstəlik, ABŞ-da analoji qurğuların mövcudluğu haqqında məlumatlar da olub.

“Fleyta” əməliyyatı

Sovet xüsusi xidmət orqanları tez-tez bioloji silahın hazırlanmasında ittiham olunub. Məlumatlara əsasən, bioloji silahların ilk nümunəsi Stalinqradda almanlara qarşı istifadə olunub. Düşmənlər sıçovullar vasitəsi ilə xəstəliyə yoluxdurulub.

90-cı illərdə ABŞ-a köçmüş mikrobioloq Kanatcan Alibekov KQB-nin məxfi “Fleyta” əməliyyatı barədə danışıb. Onun sözlərinə görə, KQB rəhbərliyi ABŞ ilə konflikt yaratmaq və bioloji müharibə törətmək istəyib.

Mavi qovluq

Sovet İttifaqının mövcud olduğu dövrdə bu imperiyada yaşayanların böyük əksəriyyəti nə Allah, nə şeytan, nə də yadplanetlilərin mövcudluğuna inanırdı. Bununla belə naməlum uçan obyetlər (NLO) barəsində istənilən məlumat KQB-nin xüsusi şöbəsi tərəfindən sənədləşdirilirdi.

1967-ci ildə görkəmli fizik, riyaziyyatçı və ufoloq Feliks Ziqel televiziyada çıxış edib. Bundan dərhal sonra SSRİ EA-nın nəzdində fəaliyyət göstərən və yadplanetliləri araşdıran alimlərdən ibarət qrup yuxarıların əmri ilə ləğv edilib. Bütün toplanmış materiallar isə KQB-yə göndərilib. Burada həmin sənədlər KQB-nin rəhbəri Yuri Andropovun nəzarəti altında “Mavi qovluq”da toplanıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər