ABŞ hökuməti Səudiyyə Ərəbistanı və OPEK-in bir neçə üzvünə neft hasilatını təxminən 1 milyon barel artırmağı xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Amerika hökuməti ölkədə benzinin qiymətinin son 3 ildə ən yüksək həddə çatmasından sonra belə bir addım atıb.
Bir qədər əvvəl isə Prezident Donald Tramp ölkədə benzinin qiymətinin süni şəkildə qalxdığını bildirmişdi.
Rəsmi Vaşinqtonun öz xahişini hansı formada çatdırdığı məlum deyil.