5 İyun 2018 22:39
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiyadan “Su-57” qırıcısı alması bu ölkənin ABŞ-dan “F35” qırıcıları almaq imkanlarını məhdudlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib.

Mitçel vurğulayıb ki, əgər Türkiyə Rusiyanın yüksək texnologiyalı silahlarını almaqda davam etsə, bu, Ankaranın ABŞ-ın hərbi layihələrində iştirakına mənfi təsir göstərəcək.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, ABŞ-ın razılaşmada göstərilən müddətdə Ankaraya “F-35” qırıcı-bombardmançılarını təhvil verməyəcəyi təqdirdə, Türkiyənin alternativ olaraq Rusiya qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər