6 İyun 2018 12:54
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarbağdakı separatçı rejimə qarşı başlayan etirazlar davamlı olacaq. Nümayişlər baş nazir Nikol Paşinyan tərəfindən idarə olunur. Əsas hədəf separatçıların lideri Bako Saakyanı postundan uzaqlaşdırmaqdır. Çünki Saakyan keçmiş Prezident Serj Sərkisyanın ən yaxın adamlarından biridir və İrəvanda arzulanılmayan şəxsdir.

Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

Politoloq hesab edir ki, Bako Saakyan istənilən vaxt Paşinyana qarşı güc olaraq meydana çıxa bilər: “Qarabağ erməniləri Saakyandan narazıdırlar. Buna görə də Nikol Paşinyana çıxış yolu kimi baxırlar. Ermənistanın baş naziri də çalışır ki, Qarabağda özünə uyğun olan və baş ağrısı yaratmayan system formalaşdırsın.

Əlbəttə, baş nazirin dəyişiklik cəhdlərinə “Qarabağ klanı”ndan, yaxud Serj Sərkisyandan cavab olacaq.

Sərkisyan Paşinyanın istefaya göndərdiyi generalları ətrafına yığmaqla yenidən səhnəyə qayıda bilər. Buna görə də, Paşinyan hələlik baş verənlərə təmkinli davranır və parlament seçkilərinə hazırlaşır. Hesab edirəm ki, gərgin proseslər Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra başlayacaq. İnqilabın növbəti və həlledici mərhələsinin başlayacağı labüddür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər