6 İyun 2018 19:13
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın idxal etdiyi alüminium və polad məhsullarına əlavə gömrük rüsumu tətbiq etməsinə Avropa Birliyi cavab verib.

Teleqraf.com-un məlumatına görə, Brüssel iyul ayından sonra ABŞ-dan Avropaya idxal edilən məhsullara əlavə gömrük rüsumu tətbiq edəcək.

Avropa Komissiyası baş katibinin müavini Maros Sevcoviç deyib ki, əlavə gömrük rüsumunun tətbiqinə iyuldan başlanılacaq:

“Rüsum tətbiq olunacaq məhsulların siyahısı artıq hazırdır. Avropa Birliyinin ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumları Dünya Ticarət Təşkilatının müəyyən etdiyi çərçivə daxilindədir. Bu, ABŞ-ın son addımına cavabdır”.

Məlumatlara görə, ilkin mərhələdə gömrük rüsumları əsasən fıstıq yağları, spirtli içkilər, motosiklet və geyim məhsullarına tətbiq olunacaq.

Xatırladaq ki, ABŞ Avropaya idxal olunan polad məhsullarına 25 %, alüminium məhsullarına isə 10 % vergi tətbiq edir.


Müəllif: Cavad

Oxşar xəbərlər