Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu “qlobal sülh indeksi”ni açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Reytinq cədvəlinə İrlandiya liderlik edir. Növbəti yerləri Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka tutub.
163 ölkə arasında aparılan araşdırmalar nəticəsində ortaya çıxan siyahıfa Britaniya 57-ci, Fransa 61-ci, Çin 122-ci, ABŞ 121-ci, Rusiya 154-cü yerdə qərarlaşıb.
Reytinqdə ən axırınca yerdə vətəndaş müharibəsinin davam etdiyi Suriya Respublikası gəlir. Azərbaycan indeksə görə 132-ci yerdə göstərilib. İran 131-ci, Ukrayna isə 152-ci pillədə yer alır.