7 İyun 2018 11:07
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO heç vaxt Rusiya ilə danışıqlardan və Moskva ilə münasibətləri yoluna qoymaq imkanından imtina etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Ceyms Mattis Brüsseldə jurnalistlərin qarşısında çıxışı zamanı bildirib:

“NATO heç vaxt Rusiya ilə dialoqdan, münasibətlərin yoluna qoyulması cəhdindən üz döndərməyəcək.

Bununla yanaşı, Amerikada və bir sıra Avropa ölkələrində seçkilərdə baş verənləri, Rusiyanın güc tətbiq etməklə Avropada sərhədləri dəyişdirmək cəhdlərini gördükdə NATO buna cavab verməli olur”.


Müəllif: Ruslan

Oxşar xəbərlər