İngiltərədə oğul yaşlı anasını qətlə yetirib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qətl Konventri şəhərində baş verib.
Hadisə baş verən gün 46 yaşlı Tomas Vestvud anası 68 yaşlı Süzana çay hazırlayıb. Qadın isə çayda südün az olduğunu bildirib. Buna əsəbiləşən Tomas qadına 17 bıçaq zərbəsi vurub. Ana aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Günahını boynuna alan Tomas Vestvud hadisəni qəsdən törətmədiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb.