7 İyun 2018 13:31
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tiver əyalətinin Sonkovsk rayonunda məhkəmə ərini qətlə yetirən qadına hökm oxuyub.

Teleqraf.com xəbər verir ki, insident yanvarın 1-də baş verib.

İçkili cütlük arasında mübahisə düşüb. Ər arvadına 51 zərbə endirib.

Qadın isə ərinin bıçaq tutduğu əlindən yapışaraq onun ürəyi istiqamətdə iki zərbə endirib. Kişi aldığı xəsarətdən hadisə yerində keçinib.

İstintaqın fikrincə, Barkina özünü müdafiə həddini aşıb. Qadın bütün günahlarını etiraf etdiyi üçün məhkəmə bunu nəzərə alıb və onu cəmi bir il azadlıqdan məhrum edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər