ABŞ Prezidenti Donald Tramp prezidentliyi dövründə ilk dəfə Ağ Evdə iftar süfrəsi təşkil edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iftara müsəlman ölkələrinin Vaşinqtondakı xarici missiya nümayəndələri qatılıb.
Sabiq prezident Bill Klinton tərəfindən 1996-cı ildə Ağ Evdə əsası qoyulan iftar ənənəsinə Donald Tramp ötən il son qoymuşdu.
İftarda iştirak edən şəxslərin siyahısı Ağ Ev tərəfindən açıqlanmasa da, mərasimdə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Tükiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq, Qətər, Bəhreyn, Mərakeş, Əlcəzair və Liviya diplomatlarının iştirak etdiyi bildirilir.
Orucun açılmasından əvvəl Tramp qonaqlarla qısa söhbət edərək, müsəlman aləminin Ramazan bayramını təbrik edib və diplomatları Ağ Evdə qonaq etdiyinə görə məmnun olduğunu söyləyib.
Ağ Evdəki iftara dəvət edilməyən bəzi müsəlman cəmiyyətləri Trampın İslamafob çıxışlarına və iftara etiraz edərək Ağ Ev önündə alternativ iftar yeməyi təşkil ediblər.