Ermənistan prezidenti Armen Sərkisyan Konstitusiyanı dəyişmək üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.
Qəzet qeyd edir ki, Sərkisyan bu addımı parlamentdə çoxluqda olan Respublika Partiyası ilə Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumət arasında tarazlıq yaratmaq üçün atır.
Armen Sərkisyan Konstitusiyaya əlavə və dəyişiklər layihəsi hazırlamaq üçün hüquqşünaslara göstəriş verib. Bununla bağlı işçi qrupu yaradılıb.
Növbədənkənar parlament seçkilərinin keçiciləcəyi tarix isə hələlik məlum deyil. Hökumət “islahat dönəmi” adı altında seçkiləri təxirə salır. Üstəgəl, referendumun nə vaxt olacağı da naməlum olaraq qalır.
Qeyd edək ki, parlamentdə çoxluqda olan keçmiş Prezident Serj Sərkisyanın Respublika Partiyası Paşinyanın erkən seçki təklifini Konstitusiyaya uyğun olmadığını əsas gətirərək qəbul etmir.